Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Avropa Qızıl Liqasına hazırlıq məqsədilə Sloveniyaya yollanıb.
Offsideplus.az xəbər verir ki, yığmamız bu ölkədə mayın 9-dan 17-dək təlim-məşq toplanışında olacaq.
Daha sonra isə voleybolçularımız Sloveniyadan Yunanıstana yola düşəcəklər.
Yunanıstandakı təlim-məşq toplanışı isə mayın 24-dək davam edəcək.
Hazırlıq proseslərində milli komandamızın yoxlama oyunları keçirməsi nəzərdə tutulub.
Komandamızın Avropa Qızıl Liqası üçün yekun heyəti təlim-məşq toplanışlarından sonra müəyyənləşəcək.
Qeyd edək ki, Azərbaycan yığması Avropa Qızıl Liqasında ilk oyunlarını Bakıda keçirəcək. Voleybolçularımız mayın 30-da Macarıstan, iyunun 1-də isə Sloveniya komandalarını sınağa çəkəcəklər.