RU

Azərbaycanda tikinti şüşəsinin istehsal həcmi açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 2,4 milyon kvadratmetr tikinti şüşəsi istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, 2024-cü ilin eyni dövrünün göstəricisi iləmüqayisədə tikinti şüşəsinin istehsal həcmi 8,9% və ya 231,1 minkvadrat metr azalıb.

Cari ilin aprelin 1-nə hazır məhsul ehtiyatı 1,5 milyon kvadratmetr təşkil edib.

Qeyd edək ki, Azərbaycanda tikinti materiallarının istehsalısahəsində 2025-сi ilin yanvar-mart aylarında istehsalın ümumidəyəri 279,8 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü iləmüqayisədə 9,5 faiz azalıb.

Dövr ərzində təbii asfaltın istehsalı 41,3 faiz, gipsməmulatlarının istehsalı 29,2 faiz, beton istehsalı 12,8 faiz,sement istehsalı isə 4 faiz azalıb.

Избранный
0
az.trend.az

1Источники