RU

Ərdoğan: “İnkişaf yolu” bütün regionun rifahına töhfə verəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada İraqın baş naziri ilə görüşdə bildrib: “İnkişaf Yolu” layihəsi həm İraqın, həm də bütün regionumuzun sabitliyinə və rifahına böyük töhfə verəcək. Görüşümüz zamanı layihənin sürətlə həyata keçirilməsi üçün atılacaq addımları müzakirə etdik. “İnkişaf Yolu” ilə maraqlanan bütün ölkələri bu strateji layihənin bir hissəsi olmağa dəvət edirik”.

Məlumatı “Anadolu” verib. 

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə Ankarada prezident kompleksində keçirdiyi birgə mətbuat konfransında prezident Ərdoğan ötən il İraqa səfərindən sonra bu ölkə ilə əlaqələrin böyük təkan aldığını qeyd edib. Əl-Sudaninin irəli sürdüyü iradə və baxış bu məqama çatmaqda çox mühüm rol oynayıb.

Onun sözlərinə görə, tərəflər ikitərəfli münasibətləri gücləndirməkdə davam edir: “Hörmətli baş nazirlə indicə Türkiyə-İraq münasibətləri ilə bağlı hərtərəfli müzakirələr apardıq. Regional hadisələr, xüsusilə Suriyadakı vəziyyət haqqında fikir mübadiləsi apardıq. Münasibətlərimizi daha da irəli aparacaq sənədlər imzaladıq. Bu faktı böyük məmnunluqla qeyd etmək istərdim. Biz İraqla əlaqələrimizə, sadəcə olaraq, iki dövlət arasında tarixi, mədəni, dövlət əlaqələri kimi baxmırıq, əməkdaşlığımızın bütün sahələrdə inkişafını qardaşlıq konsepsiyamızın tələbi kimi qiymətləndiririk”.

P.ƏMİRCANOV
XQ

Избранный
0
xalqqazeti.az

1Источники