RU

Mədəniyyət Nazirliyi 188 min manatlıq yemək alacaq

Mədəniyyət Nazirliyinin tabeliyində olan Əsaslı Tikinti və Təchizat MMC növbəti tenderinə yekun vurub.

Tribunainfo.az xəbər verir ki, bu tender çərçivəsində nazirlik üçün tədbirin keçirilməsi nəzərədə tutulub.
Belə ki, Mədəniyyət Nazirliyi üzrə keçiriləcək tədbir və digər proqramlarda hazır yemək (keytrinq) xidmətlərinin satın alınması reallaşdırlacaq. “HOLİDAY İN AZERBAİJAN” MMC ilə əldə olunmuş razılaşmaya əsasən nazirlik 188,8 min manatlıq müqavilə imzalayıb. Həmin müqaviləyə əsasən üst-üstə 2000 nəfərin səhər yeməyi və şirniyyatı təmin ediləcək.
Qalib şirkət 2016-ci il dövlət reysterinə daxil edilib və nizamnamə kapitalı 50 manatdır. Şirkətin rəhbəri isə Süleyman Abbasovdur.

Fərda Uğur

Избранный
0
tribunainfo.az

1Источники