RU

MSK-nın nümayəndə heyəti Albaniyada parlament seçkilərini müşahidə edəcək

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəheyəti 2025-ci il mayın 11-də Albaniya Respublikasında keçiriləcəkparlament seçkilərini müşahidə etmək məqsədilə Tiranaya səfərə yoladüşüb.

Bu barədə Trend-ə Mərkəzi Seçki Komissiyası Katibliyinin Mediavə kommunikasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, Albaniya Respublikası Mərkəzi Seçki Komissiyasısədrinin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasınınsədrinə ünvanladığı dəvətə əsasən Albaniyada parlament seçkilərininmüşahidəsində Mərkəzi Seçki Komissiyası sədrinin müavini RövzətQasımov və Katibliyin şöbə müdiri Ramin Nurəliyev iştirakedirlər.

Səfər çərçivəsində Mərkəzi Seçki Komissiyası nümayəndələrininAlbaniya Mərkəzi Seçki Komissiyasının rəhbərliyi və digər rəsmişəxslərlə görüşlər keçirməsi, ali seçki qurumları arasındaəlaqələrin və seçkilərə dair müxtəlif sahələrdə təcrübəmübadiləsinin dərinləşdirilməsi imkanları yönündə müzakirələraparılması da nəzərdə tutulur.

Nümayəndə heyəti səsvermə gününədək parlament seçkilərinə ümumihazırlıq prosesləri ilə tanış olmaqla yanaşı, seçki günüməntəqələrdə səsvermə prosedurlarını da izləyəcəklər.

Избранный
0
12
az.trend.az

10Источники