Bakı. Trend:
Bu ilin birinci rübündə Azərbaycanda 24,7 min xarici ticarətiştirakçısı olub.
Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1min və ya 4,8% çoxdur. Belə ki, 2024-cü ilin birinci rübündəAzərbaycanda 23,6 min xarici ticarət iştirakçısı olub.
Xarici ticarət iştirakçılarının 17,6 mini fiziki şəxslər, 7,1mini hüquqi şəxslər olub ki, bunlar da, illik müqayisədə müvafiqolaraq 1 000 ədəd (5,8%) və 170 ədəd (2,5%) çoxdur.
Bununla yanaşı, hüquqi şəxslərin 120-si dövlət sektorunun, 7mini özəl sektorun payına düşüb. Bunlar əvvəlki ilin eyni dövrü iləmüqayisədə müvafiq olaraq 26 ədəd (17,8%) az, 196 ədəd (2,9%)çoxdur.
Qeyd edək ki, xarici ticarət iştirakçılarına istehsalçıkateqoriyalı hüquqi və fiziki şəxslər, dövlət satınalmalarımüəssisələri, xarici investisiyalı müəssisələr, birgə müəssisələr,françayzinq lisenziyalı hüquqi və fiziki şəxslər, distribüterlər,dilerlər, partnyorlar, topdansatış müəssisələri, pərakəndə satışmüəssisələri, qeyri-ticarət xidmət müəssisələri (banklar, maliyyətəşkilatları, fondlar və s.) daxildir.