“Tramp və komandasının siyasəti rəqibləri zəiflətmək və ya ABŞ iqtisadiyyatının, təsirinin artması üçün əlverişli şərait yaratmaq məqsədilə “klassik” müharibələrin başlanması demək deyil. Əksinə, Tramp sülhməramlı və qlobal birgə yaşayışın prinsipcə yeni qaydalarının yaradıcısı kimi tanınmağa nail olmaq istəyir. Bununla belə, Ağ Evdəki respublikaçıların arxasından onların Yaxın Şərqdəki əsas tərəfdaşları – İsrail “boylanır”. Onun Pakistanla münasibətlərini dost adlandırmaq onsuz da çətin idi (Pakistan hələ də İsrailin dövlət suverenliyini tanımır) və Qəzzada hərbi əməliyyat başlayandan sonra daha da gərginləşdi. Belə ki, ötən ilin payızında Haaqa Beynəlxalq Məhkəməsində dinləmələr zamanı Pakistanın ədliyyə naziri Əhməd İrfan Aslam İsraili Fələstin torpaqlarını işğal etməkdə və yerli əhaliyə qarşı soyqırım törətməkdə ittiham edib. Təl-Əviv əvvəllər Tehranla birlikdə İslamabadı HƏMAS-ı dəstəkləməkdə ittiham edib. Bununla belə, Pakistan İran deyil və Livan da deyil - onun İsrail ordusunun mümkün raket zərbəsinə cavabı o qədər güclü olacaq ki, İsrail dövlətinin mövcudluğu sual altında qalacaq. Buna görə də İsrailin Pakistanla birbaşa müharibəyə girməsi intihara bərabər olardı. Bu işdə Hindistanı dəstəkləmək tamam başqa şeydir. Belə ki, bu həftə İsrailin Yeni Dehlidəki səfiri Reuven Ezer Təl-Əviv adından Hindistanın Pakistandakı hərbi əməliyyatına güclü dəstək ifadə edib. Siyasətçilərin həm ritorikası, həm də hərəkət ardıcıllığı tanışdır. İsrailin Qəzzada hərbi əməliyyatı başlatmasına bənzəyir. Elə deyilmi?”
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта