BAKI, 9 may. TELEQRAF
BMW şirkəti ilk dəfə olaraq özünün lüks X7 yolsuzluq avtomobilinin ikinci nəslini hazırladığını təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə "Autocar" məlumat yayıb.
Yeni modellərin nə vaxt istifadəyə veriləcəyinə dair əlavə məlumat yoxdur, lakin yeni X7-nin yeni X5-dən bir il sonra 2027-ci ildə satışa çıxarılacağı bildirilir.
"Autocar"ın məlumatına görə, yeni model X7 modelləri, həmçinin 7 Series və i7 sedanları üçün istifadə edilən Cluster Architecture (CLAR) yenilənmiş versiyası əsasında hazırlanacaq.
Yenilənmə nəticəsində yeni X7 ilk dəfə elektrik mühərriki, kiçik iX5 isə yeni nəsil elektrik mühərrikləri, dairəvi batareyalar və 800 voltluq elektrik sistemi əldə edəcək.