Türkiyənin Yozqat şəhərində 12 tələbə şirniyyatdan zəhərlənib.
Yenisabah.az xəbər verir ki, hadisə şəhərin Yerköy rayonunda baş verib.
Məlumata görə, ad günü mərasimində tələbələr yedikləri tortdan zəhərlənmə əlamətləri ilə xəstəxanaya çatdırılıblar. Onlarda ürəkbulanma, qarın ağrısı və qusma müşahidə olunub.
Araşdırma aparılır.
Telegram kanalımız