RU

Tramp Ukrayna böhranında tərəfləri 30 günlük atəşkəsə çağırıb

ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiyanı 30 günlük şərtsiz atəşkəsə çağırıb.

APA xəbər verir ki, Tramp bu haqda öz "Truth" hesabında bildirib.

"Rusiya və Ukrayna ilə danışıqlar davam edir. ABŞ ideal olaraq 30 günlük qeyd-şərtsiz atəşkəsə çağırır. Ümid edirik ki, məqbul atəşkəsə əməl olunacaq və hər iki ölkə bu birbaşa danışıqların müqəddəsliyini qoruduğuna görə məsuliyyət daşıyacaq", - o deyib.

Tramp həmçinin vurğulayıb ki, bu atəşkəsə əməl olunmazsa, ABŞ və tərəfdaşları əlavə sanksiyalar tətbiq edəcək.

Избранный
0
2
apa.az

3Источники