ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiyanı 30 günlük “qeydsiz-şərtsiz atəşkəs”ə çağırıb.
Axar.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabında yazıb.
“Rusiya və Ukrayna ilə danışıqlar davam edir. ABŞ, ideal variant kimi, 30 günlük qeydsiz-şərtsiz atəşkəsə çağırır. Ümid edirik ki, qənaətbəxş atəşkəs rejiminə əməl olunacaq və hər iki ölkə bu birbaşa danışıqların toxunulmazlığının qorunmasına görə məsuliyyət daşıyacaq”, – Tramp qeyd edib.
Tramp vurğulayıb ki, əgər belə bir atəşkəs rejimi pozularsa, ABŞ və tərəfdaşları əlavə sanksiyalar tətbiq edəcəklər.