RU

Dövlət Departamenti Ukrayna ilə resurs sazişinin imzalanmasını şərh etdi

BAKI, 9 may. TELEQRAF

ABŞ Ukrayna ilə resurs sazişinin imzalanmasını sülh danışıqlarından ayrı nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus bildirib.

"Bunun atəşkəs və münaqişənin başa çatması ilə bağlı danışıqlarla heç bir əlaqəsi yoxdur. Bu, ayrı məsələdir", - o bildirib.

Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, Kiyevlə resurs sazişi hərbi əməliyyatlar başa çatdıqdan sonra ölkənin bərpası məqsədilə Ukraynaya maliyyə vəsaitlərinin daxil olmasını təmin etmək üçün bağlanıb.

Избранный
0
teleqraf.com

1Источники