RU

Amerikalı kardinalın 267-ci Roma Papası seçilməsi təsadüfdür?...


Az əvvəl ABŞ-dan olan kardinal Robert Prevo növbəti Roma Papası seçilərək 14-cü Leo adı ilə papa taxtına çıxdı. Amerikalı kardinalın seçilməsi nə dərəcədə sırf prosedur seçkinin nəticəsi sayıla bilər?

Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

"Bu addım Avropa ilə ayrılığa üz tutmuş prezident Trampı "Avropaya qaytarmaq" naminə düşünülmüş gediş ola bilərmi? Mən bunun məhz belə olduğunu iddia edə bilmərəm. Sadəcə ehtimalımı bölüşdüm. Leo 267-ci Roma Papası oldu. Papalıq tarixində neçə amerikalının indiyə kimi Roma Papası seçildiyini hələlik bilmirəm. Ümumiyyətlə, belə faktın olduğunu da dəqiq bilmirəm. Bildiyim odur ki, Amerikada katoliklər sayca azdır və xristianların mütləq çoxluğunu təşkil etmirlər. Ehtimal edirəm ki, indiyə kimi amerikalı papa olmayıb və ya çox az sayda olub.

Əgər Leonun seçilməsi "Tramp-Avropa münasibətləri" faktoru ilə bağlıdırsa, bu Avropa liderləri tərəfindən çox güclü "xod" sayıla bilər..." - deyə A.Quliyev yazır.

Tahir TAĞIYEV

Избранный
0
baki-xeber.com

1Источники