Bu gün Azərbaycanda Faşizm Üzərində Qələbə Günü qeyd edilir.
Publika.az xatırladır ki, sözügedən qələbədən 80 il ötür.
Dünya tarixinin ən dəhşətli müharibəsi olan İkinci Dünya Müharibəsin mütərəqqi bəşəriyyətin nasist ideologiyasına qarşı görkəmli zəfəri ilə başa çatmışdı. Şübhəsizdir ki, bu qələbənin qazanılmasında Azərbaycan xalqının və Bakı neftçilərinin rolu danılmazdır. Onlar həm ön, həm də arxa cəbhədə qəhrəmanlıq göstərərək qələbəyə töhfə vermişdi. Döyüşlərin ilk günündən sonuna qədər Azərbaycanın 23,5 milyon ton nefti istehsal olunub ki, bu da SSRİ-də istehsal edilən "qara qızıl"ın 71,4%-ni təşkil edib.
Statistikaya əsasən, Rusiyaya Azərbaycan tərəfindən 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları göndərilib. Xüsusi qeyd etmək lazımdır ki, kimya elimlər doktoru, akademik Yusif Məmmədəliyevin səyi nəticəsində aviasiya benzinin alınmasısı üçün yeni texnologiyası yaradılıb. Əsəb deyil ki, məhz buna görə almanlar 1941-ci ilin sentybrına qədər Bakını ələ keçirmək istəyirdilər.
1939-cu il sentyabrın 1-də Almaniya ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal etdi və bununla da müharibə başladı. Azərbaycanlı hərbçilər isə döyüşlərə SSRİ-yə hücum edilən vaxt 22 iyun 1941-ci ildə daxil oldular. Onlar müharibə bitənə - 1945-ci il mayın 9-dək döyüşdülər. Rəsmi rəqəmlərə görə müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Onlardan təxminən yarısı həlak olub. Azərbaycanlı hərbçi və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar Berlinədək döyüş yolu keçib. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib.