Çin ABŞ ilə razılaşmaq istəyir. Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. Tramp Böyük Britaniya ilə əldə olunan ticarət razılaşmasını ictimaiyyətə açıqlamaq üçün Oval ofisdəki mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, Çinlə danışıqların çox vacib olduğunu və ticarət razılaşmasının Çin üçün də çox faydalı olacağını bildirib. Tramp, “Onlar bizimlə razılaşmaq istəyirlər. Hamımız oyun oynayırıq, ilk zəngi kimin etdiyi, kimin etmədiyi önəmli deyil” - deyə bildirib. Tramp, iki ölkə arasında imzalanacaq razılaşmanın bütün dünya üçün faydalı olacağını vurğulayıb. Qeyd edək ki, Çin ABŞ ilə danışıqlar aparmağa razılıq verib.