RU

"Liverpul" onu Trentin yerinə gətirməyə yaxın olsa da...

"Liverpul" rəhbərliyi cari mövsümün sonunda azad agent qismində klubu tərk edəcəyi dəqiqləşən sağ cinah müdafiəçisi Trent Aleksander-Arnoldun mövqeyinə yeni futbolçu transfer etməyə hazırlaşır.

Fanat.Az "Give me Sport"a istinadən xəbər verir ki, İngiltərə nəhəngi "Bayer Leverkuzen"in futbolçusu Jeremi Frimponqu rənglərinə bağlamaqda israrlıdır.

"Əczaçılar"ın Frimponq üçün qarşı tərəfdən 30 milyon funt sterlinq (35,4 milyon avro) tələb edəcəyi vurğulanıb. Mənbə bu məbləğin mersisaydlıları qane etdiyini, lakin Jereminin xidmətində maraqlı olan digər İngiltərə nəhəngi "Mançester Siti"nin "Liverpul"a problem yarada biləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 47 matça çıxan Frimponq 4 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Избранный
0
fanat.az

1Источники