Hindistan-Pakistan sərhədində toqquşmalar baş verib: Ən azı 44 nəfər ölüb Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ordunun Hindistanın Pəncab bölgəsində mülki insanları hədəf alması ilə bağlı iddiaları qətiyyətlə rədd edib. “Geo News”-in xəbərinə görə, xarici işlər naziri Dar və Pakistan Ordusunun İctimai Əlaqələr üzrə baş direktoru general-leytenant Əhməd Şərif Çaudri bölgəsində artan gərginliklə bağlı mətbuata açıqlama verib. Dar Pakistan ordusunun Hindistanın Pəncab bölgəsində mülki vətəndaşları hədəf alması ilə bağlı açıqlamaların həqiqəti əks etdirmədiyini bildirib. Bir neçə Hindistan silahlı pilotsuz uçuş aparatının (PUA) Pakistan hava məkanını pozduğunu bildirən Dar, onlardan birinin Lahor şəhərindəki hərbi obyekti hədəf almağa çalışdığını deyib. Pakistan ordusunun Hindistanın 5 döyüş təyyarəsini vurduğuna diqqət çəkən Dar, Yeni Dehli rəhbərliyinin hər hansı bir yanlış hərəkətinə "qətiyyətlə cavab verəcəklərini" deyib. Dar, Pakistanın son hadisələr qarşısında "strateji təmkin" nümayiş etdirdiyini, lakin ölkəsinin"cavab vermək hüququna" sahib olduğunu əlavə etdi.
"Pakistanın cavabı qəti olacaq"
ISPR baş direktoru general-leytenant Çaudri deyib ki, Pakistan Hindistana hücum edərsə, tərəflərin açıqlamasına ehtiyac olmadan "bütün dünya bundan xəbər tutacaq". Pakistanın 15 bölgəyə hücum təşkil etdiyinə dair iddiaları "əsassız və uydurma" adlandıran Çaudri "belə dramlar döyüş meydanına deyil, teatra aiddir" ifadəsini işlədib. Çaudri Pakistanın Hindistana hücum təşkil etdiyinə dair "dəlil" olaraq paylaşılan görüntülərin həqiqəti əks etdirmədiyini bildirib. Çaudri Pakistanın təhlükəsizlik qüvvələrinin mövcud vəziyyət qarşısında “həssas” durumda olduğunu vurğulayaraq, Hindistanın hər hansı bir yanlış hərəkətinə “güclü cavab” veriləcəyini bildirib. "Pakistanın cavabı qəti olacaq və dünya nə baş verdiyini bilmək üçün bird aha Hindistan mediasına etibar etməli olmayacaq" deyə Çaudri bildirib.
Hindistanın Pakistana hücumu
Hindistan aprelin 22-də Pahalqam rayonunda 26 nəfərin ölümü ilə nəticələnən terror aktını bəhanə edərəlPakistan ərazisinə və Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsinə mayın 6-da raket zərbələri endirib. Hindistan ordusu "terror strukturları" kimi xarakterizə etdiyi 9 hədəfi vurduğunu açıqlasa da, İslamabad rəhbərliyi hücumlarda 6 mülki məntəqənin hədəf alındığını, 31 nəfərin həyatını itirdiyini, 57 nəfərin isə yaralandığını açıqlayıb. Pakistan ordusu Hindistanın hücumu zamanı 5 döyüş təyyarəsini vurduğunu açıqlasa da, Yeni Dehli administrasiyası bunu təsdiqləməyib. Bundan əlavə, Pakistan ordusu gecə saatlarından etibarən Hindistanın 25 “Harop” PUA-nın zərərsizləşdirildiyini açıqlayıb.
"Harop" PUA-ları
"Harop" PUA-ları kamikadze pilotsuz təyyarələr kimi təsnif edilir. İsrail Aerospace Industries (IAI) tərəfindən hazırlanır. İsrailin Yeni Dehli səfiri Reuven Azar isə sosial media platforması X üzərindən verdiyi açıqlamada Hindistanın Pakistana qarşı həyata keçirdiyi “Sindoor əməliyyatı”nı dəstəklədiklərini bildirib”.
Surxay Əliyev