BAKI, 8 may. TELEQRAF
Əlcəzair dövləti rəsmi sənədlərdə və inzibati yazışmalarda yalnız ərəb və ingilis dillərindən istifadə etmək barədə qərar veriblər.
Teleqraf xəbər verir ki, 2026-cı ildən sonra idman mövsümündə ərəb dilindən istifadə məcburi olacaq.
Əlcəzair hökuməti mart ayında qərara alıb ki, gələn ildən universitetlərdə tibb təhsili ingilis dilində aparılacaq. Əlcəzair Prezidenti Abdelmadjid Tebboune tibb təhsilində fransız dilindən ingilis dilinə keçidi "düzgün istiqamətdə atılan addım" kimi qiymətləndirib.