RU

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” - FOTOLAR

Mayın 8-də Beynəlxalq Muğam Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunan “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda konfrans keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, konfransda mədəniyyət sahəsinin nümayəndələri, müəssisə rəhbərləri, nazirliyin nümayəndələri, mədəniyyət xadimləri iştirak edərək, Ulu Öndərimizin Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərdən danışıblar.

Konfransda çıxış edən xalq artisti Nurəddin Mehdixanlı bildirib ki, son 50 ilə baxsaq, Azərbaycan mədəniyyəti, kinosu, teatrı, ədəbiyyatı, rəssamlığı dedikdə burada hər yerdə Ulu Öndər Heydər Əliyevin adı və hər bir sənət adamının taleyində də onun xeyirxah imzası var.

“Ulu Öndərimiz çox gözəl bilirdi ki, milləti var etməyin, onu özünə tanıtmağın yolu mədəniyyətdən, onun inkişafından keçir. Mədəniyyət bir xalqı var eləyən, onun milli mənəvi dəyərləridir, əxlaq və yaşam sistemidir. Heydər Əliyev xalqı ilə xalqının dilində danışmağı bacarırdı, xalqının ağrılı yerlərini, onu necə sevindirməyin yolunu çox gözəl bilirdi.

Heydər Əliyev dünyanın böyük siyasi adıdır, Heydər Əliyev Azərbaycan müstəqilliyinin təməllərini hətta sovet dövründə atmağa başlamış böyük Azərbaycan şəxsiyyətlərindən biridir. Əgər, biz bu gün Azərbaycan dilində rahat, arxayın danışa biliriksə və bu dili dövlətimizin dili elan etmişiksə, bu günə gəlib çıxmağımızın səbəbkarı məhz Ulu Öndər Heydər Əliyevin göstərdiyi diqqət və sevginin nəticəsidir”, - deyə Nurəddin Mehdixanlı vurğulayıb.

Избранный
0
operativmm.az

1Источники