Belarus Prezidenti Aleksandr Lukaşenko oğlu Nikolay ilə Qələbənin 80 illiyini qeyd etmək üçün Moskvaya gəlib.
Publika.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Belarus liderinin üç oğlu var. Nikolay onların ən kiçiyidir, lakin o, ən çox atasını ictimai tədbirlərdə müşayiət edir.
Yanvarda Lukaşenko bildirib ki, onun övladları hətta yuxularında belə özlərini prezident kimi təsəvvür etmirlər. Onun sözlərinə görə, ölkənin gələcək rəhbərlərinin kadr ehtiyatı onun oğulları deyil, hazırkı qubernatorlar, hazırkı nazirlər, parlament palatalarının rəhbərləri, yüksək vəzifəli məmurlardan ibarətdir.