“Real Madrid”in və Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər atasının futbola olan dərin sevgisindən danışıb.
90deqiqe.Az xəbər verir ki, "The Players' Tribune" 20 yaşlı futbolçunun dediklərini belə çatdırıb.
“O, yalnız "Fənərbağça"ya azarkeşlik etmir, onu bütün varlığı ilə yaşayır. Bir dəfə derbi matçında qol vurduğumda divandan elə yüksək tullanmışdı ki, lampanı sındırdı. 2010-cu ildə çempionluq şansları əldən gedəndə isə hirslə qutuya vuraraq ayağını zədələmişdi”
Arda Gülər 2023-cü ildən "Real Madrid"də çıxış edir. Bu mövsüm bütün turnirlərdə 38 matçda iştirak edib, 5 qol vurub və 9 məhsuldar ötürmə verib. Transfermarkt 20 yaşlı futbolçunun dəyərini 45 milyon avro qiymətləndirir.