RU

Ən böyük hava döyüşlərindən biri: Hindistan və Pakistanın 125 təyyarəsi qalxıb

Mayın 7-nə keçən gecə Hindistan və Pakistan sərhədində səmada müasir aviasiya tarixində ən böyük və ən uzun hava döyüşlərindən biri baş verdi.

Ölkə.Az xəbər verir ki, CNN ingilisdilli versiyası Pakistanın yüksək vəzifəli təhlükəsizlik mənbəsinə istinadən xəbər verir ki, bir saatdan çox davam edən döyüşdə 125 döyüş təyyarəsi iştirak edib.

Qarşıdurmanın intensivliyinə baxmayaraq, nə Hindistan, nə də Pakistan təyyarələri bir-birinin sərhədlərini keçib. Hər iki tərəf bəzi hallarda 160 km-dən çox məsafədə uzaqmənzilli raketlərdən istifadə edib.

İslamabad ən azı beş Hindistan qırıcısının vurulduğunu iddia edir, lakin Yeni Dehlidən rəsmi təsdiq yoxdur.

Ölkə.Az

Избранный
0
olke.az

1Источники