RU

"Bizim həyət" layihəsi çərçivəsində Şirvanda növbəti abadlıq işləri görülüb (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinintəsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyatakeçirilən "Bizim həyət" layihəsi çərçivəsində Şirvan şəhərindənövbəti abadlıq işləri görülüb.

Trend xəbərverir ki, yenilənmiş həyətlər Şirvan şəhərində Heydər Əliyevprospekti və H.Z.Tağıyev küçəsi, 1A, 2A ünvanlarında 700 nəfərdənçox sakinin yaşadığı binaları əhatə edir.

Abadlaşdırılan həyətlərdə bütün yaş qrupları üzrə uşaqlarıninkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudəvaxtlarının səmərəli keçirmələri və sistematik idmanlaməşğulolmanın stimullaşdırılması məqsədilə müxtəlif idmanqurğuları, uşaqlar üçün oyun meydançaları salınıb. Ümumi sahəsi 1.1hektar olan hər iki ünvanda 6 söhbətgah, 2 turnik kompleksi, 6 uşaqoyun kompleksi, 2 ikili balans, 10 fitnes idman qurğusu, 12oturacaq, 12 tullantılar üçün qutu, eləcə də quş yuvaları və pişikevləri quraşdırılıb.

Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı,əlavə olaraq zeytun və sərv ağacları, 9200 dekorativ gül kolları və200 ədəd həmişəyaşıl ivenus və oleandr kolları əkilib.

Açılış vaxtı IDEA könüllüləri tərəfindən hər iki ünvanda 220-əqədər şam ağacı və 100 ədəd həmişəyaşıl ivenus gül kolu əkilib.

Qeyd edək ki, IDEA İctimai Birliyinin təşəbbüsü ilə həyatakeçirilən “Bizim həyət” layihəsi çərçivəsində Şirvan şəhərində2020-2025-ci illərdə ümumilikdə 7.8 hektar ərazidə 7 həyətabadlaşdırılaraq şəhər sakinlərinin istifadəsinə verilib.

“Bizim həyət” layihəsinin əsas məqsədi həyətlərin ekolojicəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununutəşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzininformalaşdırılması, eləcə də sakinlər üçün təhlükəsiz və rahat yaşamşəraitinin yaradılmasıdır.

Избранный
0
4
az.trend.az

5Источники