RU

Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib

Putin

Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında görüş başa çatıb. Çin lideri dar və geniş tərkibdə danışıqların, eləcə də çay süfrəsi arxasında qeyri-rəsmi söhbətin aparıldığı Kremli tərk edib.

Reyting.az
TASS-a istinadla xəbər verir ki, ümumilikdə Rusiya-Çin yüksək səviyyəli danışıqları təxminən 7,5 saat çəkib. Nümayəndə heyətləri arasında dar və geniş tərkibdə danışıqlar 3,5 saata yaxın davam edib.

Bu müddət ərzində Putin və Si Cinpin də mətbuat qarşısına çıxmağa və təntənəli şəraitdə birgə bəyanat imzalamağa nail olublar. Nümayəndə heyətləri mühüm sənədlər paketi, o cümlədən hökumətlərarası saziş imzalayıblar.

Qeyd edək ki, Çin Xalq Respublikasının sədri dördgünlük rəsmi səfərlə Rusiyadadır.

ELÇİN
Избранный
0
50
reyting.az

10Источники