RU

Benzema Ronaldo və dostlarını peşman etdi

Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 30-cu turunun “Əl-Nəsr” – “Əl-İttihad” oyunu “Xalq Klubu”nun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Arena.az məlumat verir ki, 40 yaşlı portuqal ulduz hücumçu Kristiano Ronaldonun kapitanı olduğu “Nəcd cəngavərləri” 2:0 üstünlükdən məğlubiyyətə sürükləniblər.

“Ronaldogil” oyuna yaxşı başlayıb – 3-cü dəqiqədə Sadio Mane, 37-ci dəqiqədə Aman Yəhya fərqləniblər.

İkinci hissədə isə çərxi-fələk tərsinə dönüb. “Kriş” və dostlarının günün qara etməyə “Əl-İttihad”ın 37 yaşlı fransalı ulduzu Kərim Benzema başlayıb. Ronaldonun ayaqlarının “qıfıllandığı” bu oyunda Benzema ikinci hissənin əvvəlində – 49-cu dəqiqədə hesab arasındakı fərqi azaltmaqla komandasına inam bəxş edib. 52-ci dəqiqədə N’Qolo Kante tarzlığı təmin edib, 90+4-cü dəqiqədə isə Ussem Auar “Əl-İttihad”ın qələbə qolunu vurub.

30 turdan sonra “Əl-İttihad” 71 xalla yarış cədvəlinin zirvəsindəki mövqeyini möhkəmlədib. “Əl-Nəsr” isə 60 xalla 4-cü pillədədir.

Избранный
0
arena.az

1Источники