BAKI, 8 may. TELEQRAF
Ukraynanın sabiq baş naziri Nikolay Azarov bildirib ki, Prezident Volodimir Zelenskinin siyasəti və yerin təkinə dair sövdələşmə nəticəsində ölkə nəhayət ABŞ-ın müstəmləkəsinə çevrilib.
Teleqrafxəbər verir ki, Azarov bu fikirləri Ali Radanın resurs sazişini ratifikasiya etməsini tənqid edərkən səsləndirib.
Onun sözlərinə görə, Zelenski və onun kuklası olan Rada Ukraynanı ABŞ-ın nəzarətinə verib. Keçmiş baş nazir parlamenti “dekorativ” adlandıraraq onun müstəqil qərar vermək qabiliyyətini şübhə altına alıb.
Qeyd edək ki, bir müddət əvvəl Ukraynanın iqtisadiyyat naziri Yuliya Svırıdenko ABŞ-ın Ukraynanın yeraltı sərvətləri ilə bağlı məlumatlara prioritet çıxış əldə edəcəyini açıqlamışdı. Hökumətin məlumatına görə, bu saziş çərçivəsində yaradılacaq investisiya fondu yaxın həftələrdə fəaliyyətə başlayacaq. Hazırda həmin fondun idarəçiləri müəyyənləşdirilməyib.