RU

“20 il ərzində bütün var-dövlətimi xeyriyyəçiliyə bağışlayacağam” – Qeyts


Milyarder və “Microsoft”un qurucusu Bill Qeyts 20 il ərzində demək olar ki, bütün şəxsi sərvətini xeyriyyəçiliyə bağışlayacağını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qeyts öz saytında yazıb.
Bildirilib ki, söhbət onun “Gates Foundation” fondu vasitəsilə köçürüləcək 200 milyard dollardan gedir:
“Növbəti 20 il ərzində mən faktiki olaraq bütün sərvətimi “Gates Foundation” vasitəsilə bütün dünyada insanların həyatını xilas etmək və yaxşılaşdırmaq üçün verəcəyəm. Və 31 dekabr 2045-ci ildə fond öz qapılarını həmişəlik bağlayacaq”.
“Reuters” qeyd edir ki, milyarder dolayı yolla Amerikanın bir çox yardım proqramlarını kəsən və ya dayandıran ABŞ Prezidenti Donald Trampı tənqid edib. Qeyts yazıb ki, o, yeni doğulmuş körpələrin, uşaqların və anaların həyatını qarşısını alına bilən səbəblərdən xilas etmək, həmçinin poliomielit, malyariya və qızılca kimi xəstəliklərin kökünü kəsmək və yoxsulluğu azaltmaq istəyir:
Избранный
0
yeniavaz.com

1Источники