RU

Valideynlərin məktəb və müəllim seçimində böyük problem var - şəxsi məlumatlar açıq olsa nə olar?!...


Cavanşir Əliyev: “Sistemdə pedaqoqun sertifikasiya balı, əldə etdiyi uğur və nailiyyətlər yerləşdirilməlidir”

Mayın 1-i saat 11:00-dan etibarən yeni tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılıb. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

Məlumat üçün bildirək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək. Qəbul prosesində adətənmaraqlı və ən qaynarməqam odur ki, bəzi valideynlər reytinqli məktəblərə üz tuturlar.

Onu da bildirək ki, valideynlər portal üzərindən övladlarını qeydiyyatdan keçirərkən dərs deyəcək ibtidai sinif müəllimini də seçə bilirlər. Ancaq valideynlər təklif edir ki, müəllimlərin adları ilə yanaşı, onların sertifikasiya imtahanlarında topladığı ballar, göstəriciləri də sistemdə əks olunsun.

“Elektron qeydiyyat zamanı valideynlərin müəllimlərin hansı göstəricələrə malik olmasının bilmək istəməsi onların haqqıdır”

Təhsil eksperti Cavanşir Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, son illərdə, xüsusən Bakıda, məktəb seçimi artıq təkcə coğrafi yaxınlıq,yaşayış yeri prinsipi ilə məhdudlaşmır, valideynlər bir sıra fərqli meyarları əsas götürərək övladları üçün “daha yaxşı”, “reytinqli”, yaxud “prestijli” hesab etdikləri məktəblərəüstünlük verirlər: “Ancaq məktəb seçimi zamanı məktəbin evə yaxınlığı, müəllim heyətinin stabil olması vacibdir. Elektron qeydiyyat zamanı valideynlər müəllimlərin hansı göstəricələrə malik olmasının bilmək istəyir. Onların bu tələbi başa düşüləndir. Çünki sistemdə seçdikləri müəllimin hansı göstəricilərə malik olduğunu bilsələr, onlar seçimlərində əmin olacaqlar. Qohum-qonşunun fikirləri ilə deyil, doğru bildiyi məlumatlara əsaslanıb, övladını o sinfə qoyacaq.Sistemdə qeydiyyatdan keçərkən müəllimin nəticələrinin görünməsi pis hal olmaz. Həmin sistemdə pedoqoqun sertifikasiya balı, müəllimin əldə etdiyi uğur və nailiyyətlər yerləşdirilməlidir. Bu hal həm də müəllimlər arasında rəqabəti daha da artıracaq. Müəllimlər daha çox öz üzərində işləyib, seçilmək istəyəcəklər”.

Günel CƏLİLOVA

Избранный
0
baki-xeber.com

1Источники