RU

Ukrayna ölkənin ABŞ-ın müstəmləkəsinə çevrildiyini bəyan edib

Ukrayna nəhayət, yerin təki sövdələşməsi və respublika prezidenti Vladimir Zelenskinin siyasəti sayəsində ABŞ-ın müstəmləkəsinə çevrildi.

NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bunu ölkənin keçmiş baş naziri Nikolay Azarov deyib.

Keçmiş hökumət başçısı qeyd edib ki, “Zelenski və onun kuklası Rada nəhayət Ukraynanı ABŞ-ın müstəmləkəsinə çevirib”. Beləliklə, o, Ali Radanın resurs sazişini ratifikasiya etməsini tənqid edərək, parlamenti “dekorativ” adlandırıb.

Bundan əvvəl Ukraynanın İqtisadiyyat naziri Yuliya Svırıdenko bəyan etmişdi ki, ABŞ Ukraynanın yeraltı sərvətləri ilə bağlı məlumatlara prioritet çıxış əldə edəcək. Hökumət həmçinin bildirib ki, ABŞ-ın mineral sövdələşməsi çərçivəsində gələcək investisiya fondu bir neçə həftə ərzində fəaliyyətə başlayacaq.

Onun idarəçiləri hələ müəyyən edilməyib.

Избранный
0
nocomment.az

1Источники