GORANBOY, 8 may. TELEQRAF
Goranboyda zəncirvari qəza baş verib, azyaşlı və daha bir nəfər xəsarət alıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, yol qəzası rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.
"Mercedes" markalı atbomobil "Lada Priora" sonuncu isə "Daewoo nexia" markalı maşına dəyib. Nəticədə 1962-ci il təvəllüdlü Təranə Məmmədova və 2020-ci iltəvəllüdlü Yusif Məmmədov xəsarət alıblar. Hər iki şəxsə tibbi yardım göstərilib. Onların vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanlıb.