RU

“Azercell Telekom” MMC bəzi tarif paketlərinin istifadə şərtlərinin dəyişməsi ilə bağlı açıqlama yaydı

“Azercell Telekom” MMC abunəçilərə təqdim etdiyi bəzi tarif paketilərinin istifadə şərtlərinin dəyişməsi ilə bağlı mediada yayılan məlumatlara aydınlıq gətirib.

“Azercell Telekom” MMC bildirir ki, bütün dəyişikliklər abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə müqavilələrinin şərtlərinə, həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun həyata keçirilir. Fakturasız Xətt Sisteminə aid Azercellim, Bölgə, Gəncsim, Hər Yerə və Bizimkilər tarif paketlərində edilən müvafiq dəyişikliklərlə bağlı elan 25 yanvar 2025-ci il tarixində Azərbaycan qəzetində dərc edilmişdir: https://azerbaijan-news.az/az/posts/detail/azercell-abunecilerinin-nezerine-1737753596/350893

Избранный
0
7
mia.az

10Источники