RU

Putinin “parad atəşkəsi” 734 dəfə pozulub

Putinin

İkinci Dünya Müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə Rusiyanın elan etdiyi müvəqqəti atəşkəs özünü doğrultmayıb.

Reyting.az
xəbər verir ki, bunu Ukraynanın Xarici işlər naziri Andrey Sibiqa “X” sosial media platformasında mayın 8-dən 11-nə qədər qüvvədə olacaq Rusiyanın elan etdiyi atəşkəs rejimini dəyərləndirərkən bildirib.

Cəbhədəki son vəziyyətlə bağlı ordu rəsmilərindən məlumat alan Andrey Sibiqa qeyd edib ki, Vladimir Putinin “parad atəşkəsi” saxtadır.

Sibiqa Rusiya ordusunun hücumlarını davam etdirdiyini vurğulayaraq, gecə yarısından bəri atəşkəsin 734 dəfə pozulduğunu bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində Ukrayna əsgərlərinə qarşı 63 hücuma cəhd olub. Ukrayna rəsmisinin iddiasına görə, hücumlardan 23-ü hələ də davam edir.

Rusiyanın bütün hücumlarına cavab verildyini, ABŞ və Avropa ölkələrini hadisələrlə bağlı məlumatlandırdıqlarını deyən Ukraynanın baş diplomatı daha sonra əlavə edib: “Putin öz vədlərini tutmadığı halda heç kimi aldatmasına icazə verməyəcəyik”.

ELÇİN
Избранный
0
reyting.az

1Источники