RU

AYNA: “Biləsvuar” gömrük postunda 155 yük nəqliyyat vasitəsi gözləyir

BAKI, 8 may. TELEQRAF

Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük nəqliyyat vasitələrinin sayı açıqlanıb.

Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a verilən məlumata görə, İran İslam Respublikası ilə sərhəddə yerləşən “Biləsvuar” gömrük postunda 155, “Astara” gömrük postunda isə 87 yük nəqliyyat vasitəsi gözləyir.

Gürcüstanla sərhəddə isə vəziyyət daha intensivdir. “Qırmızı Körpü” gömrük postunda hazırda 500, “Mazımqara” gömrük postunda isə 15 yük maşını çıxış növbəsindədir.

Azərbaycanın Rusiya ilə sərhədində yerləşən “Samur” gömrük postunda isə 52 yük maşını növbədə gözləyir. “Xanoba” gömrük postunda isə gözləyən yük nəqliyyat vasitəsi yoxdur.

Qeyd edək ki, AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.

Избранный
0
34
teleqraf.com

10Источники