RU

“Oğluma atasız qız almaram” deyən Nigar Fərhad bloqeri məhkəməyə verdi

Azərbaycanın “Kanal S” telekanalının sabiq aparıcısı, “Oğluma atasız qız almaram” deməklə gündəmə gələn Nigar Fərhad (Əliyeva) bloqeri məhkəməyə verib.

Oxu.Az-ın məlumatına görə, Nigar Fərhad bloqer Ayan Əliyevadan məhkəməyə şikayət edərək bildirib ki, adıçəkilən bloqer onun şərəf və ləyaqətini təhqir edib, ona böhtan atıb. N.Fərhad həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş edib.

Şikayət üzrə məhkəmə prosesi keçirilsə də, şikayət əsassız olduğundan təmin edilməyib.

Xatırladaq ki, “Kanal S” telekanalının aparıcısı Nigar Fərhadın verilişdə “Mən oğluma atasız qız almaram” deməsi ictimai narazılığa səbəb olmuşdu. Sosial şəbəkələr aparıcının xalqdan üzr istəməsini tələb edib, Audiovizual Şuranın qərarı ilə kanalın fəaliyyəti bir günlük dayandırılıb, həmin veriliş isə bağlanıb.

Bu prosesdən sonra Ayan Əliyeva adlı bloqer “Instagram” sosial şəbəkə hesabında Nigar Fərhadı kəskin tənqid edib.

Избранный
0
4
editor.az

5Источники