RU

Fərdi təqaüdə layiq görülən sənət adamları – Ustad aktyor və tarix yazan ifaçı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mədəniyyət və elmin inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdünün verilməsi ilə bağlı sərəncam imzalayıb.

Yenisabah.az xəbər verir ki, fərdi təqaüdə layiq görülən simalar sırasında mədəniyyət ictimaiyyətinin iki tanınmış nümayəndəsi – aktyor Sabir Məmmədov və  Sərdar Fərəcov xüsusilə diqqət çəkir. Bəs onlar kimdir?

Sabir Məmmədov – Obrazlara can verən ustad aktyor

Sabir Novruz oğlu Məmmədov 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olub. 1983-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Aktyor 1983-cü ildə təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilib. 1989-cu ildən Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirib. Sabir Məmmədov bir çox filmə çəkilib.

Sərdar Fərəcov – Hər addımı ilə sənət tarixi yazan ifaçı

Sərdar Fərəcov 1957-ci il dekabrın 8-də anadan olub. 1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) prof. Xəyyam Mirzəzadənin sinfində bitirib. Hazırda Üzeyir Hacıbəylinin Ev Muzeyi - nin direktoru vəzifəsində çalışır. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ərazisində müxtəlif ansambllar və ifaçılar tərəfindən ifa edilib. 17 sentyabr 2019-cu ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.

Aytac Şahin


Telegram kanalımız
Избранный
0
yenisabah.az

1Источники