RU

Qadın şahmatçılardan ibarət milli Avropa çempionatının hazırlığına başlayıb

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi Avropa çempionatının hazırlığına başlayıb. Bu barədə SİA-ya Şahmat Federasiyasından bildirlib.

Bakıda ilk məşqlərə qrosmeyster, FIDE məşqçisi Mixail Brodskiy rəhbərlik edir.

Qeyd edək ki, Mixail Brodskiy uzun müddət Ukraynanın qadınlardan ibarət yığmasının məşqçisi olub. Onun rəhbərliyi altında Ukrayna millisi komandalar arasında dünya və Avropa çempionatının qızıl, iki dəfə Ümumdünya Şahmat Olimpiadasının bürünc medalını qazanıb.

Избранный
0
2
sia.az

10Источники