Azərbaycanda 67 ümumtəhsil müəssisəsində inklüziv təhsil həyata keçirilir.
Operativ Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xüsusi təhsil sektorunun müdiri Anar Xələfov deyib.
O bildirib ki, 300-dən artıq sağlamlıq imkanları məhdud uşaq öz tipik inkişaf edən həmyaşıdları ilə bərabər birgə təhsilə cəlb olunub.
“Növbəti mərhələlərdə artıq məktəbəqədər təhsil pilləsində, peşə təhsilində və digər təhsil pillələrində inklüziv təhsilin həyata keçirilməsi nəzərdə tutulub”, - deyə o əlavə edib.