RU

Ankarada Ticarət Zirvəsi: Türkiyə və İraqdan Ortaq İqtisadi Gələcək Mesajı

BAKI, TurkicWorld

Türkiyənin Ticarət naziri Ömər Bolat, Türkiyə ilə İraq arasında ikitərəfli ticarət əlaqələrinin gücləndirilməsi və ticarət həcminin 30 milyard dollara çatdırılması istiqamətində yeni addımlar atacaqlarını bəyan edib.

TurkicWorld xəbər verir ki, bu barədə nazir X sosial media hesabında paylaşım edib.

Bolat, Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə Ankaraya səfər edən İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudanini Esenboğa Hava Limanında qarşıladığını bildirib.

Görüş çərçivəsində Ərdoğan və Baş nazir əs-Sudani başçılığı ilə ikitərəfli və nümayəndə heyətləri arasında danışıqların aparılacağı qeyd olunub.

Nazir bu görüşlərin son illərdə siyasi, iqtisadi, təhlükəsizlik və ticarət sahələrində sürətlə inkişaf edən Türkiyə–İraq əlaqələrinin daha da irəliləməsinə ciddi töhfə verəcəyini bildirib.

“30 milyard dollarlıq ticarət həcminə çatmaq, qarşılıqlı investisiyaları artırmaq və İnkişaf Yolu Layihəsi ilə yeni sərhəd qapıları vasitəsilə əlaqələrimizi daha da möhkəmləndirmək üçün yeni addımlar atmaqda qərarlıyıq” – deyə Bolat vurğulayıb.

Nazir, həmçinin, bu səfərin iki ölkə arasında münasibətlərin inkişafına əhəmiyyətli töhfə verəcəyinə ümid etdiyini bildirib.

Избранный
0
turkic.world

1Источники