RU

Kurt Volker: Putin SSRİ-nin xiffətini çəkir

BAKI, 8 may. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putinin gündəliyində sülh məsələsi yoxdur.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker deyib.

“Putin heç vaxt sülhə razı olmayacaq. Çünki o, Ukraynanın müstəqil dövlət və ukraynalıların ayrı bir xalq olduğuna inanmır. Putin hesab edir ki, Rusiyanın “əsl rus torpaqları” adlandırdığı bütün ərazilərə hüququ var, başqa torpaqları - Gürcüstan, Moldova və istənilən yeri zəbt edə bilər. Putinin gündəmində sülh yoxdur, bu da bizə lazım olan çərçivəni müəyyənləşdirir. Putini gələcək hücumdan çəkindirmək üçün çərçivə hazırlamalıyıq”, - diplomat bildirib.

Volker əlavə edib ki, Putin KQB-nin yetişdiriyi bir şəxs kimi SSRİ-nin xiffətini çəkir:

“Ona görə də, Rusiyanın gələcəkdə təcavüzünü davam etdirməsinə mane olmaq istəyiriksə, tarixi hadisələrə qayıtmalıyıq”.

Избранный
0
teleqraf.com

1Источники