RU

Heydər Əliyev siyasətində Qərbi Azərbaycan missiyası

Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev bütün sahələrlə bərabər Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın problemlərinə böyük həssasslıqla yanaşmış, onların problemlərini bir nömrəli problem kimi qiymətləndirmişdir. 20-ci əsrin əvvəllərində istər çar Rusiyası, istərsə də keçmiş sovetlər birliyinin təşkil olunduğu illərdə Azərbaycanın qədim və tarixi torpaqları olan Göyçə, Zəngəzur, İrəvan, Dərələyəz və s. əraziləri mərhələli şəkildə Ermənistana verildi. Bu günkü Ermənistan dövləti də məhz qədim Azərbaycan torpaqlarında yaradıldı. 

Azərbaycanlılar və digər türklər yaşayan torpaqların işğalı hesabına «Böyük Ermənistan» dövləti yaratmaq xəstəliyinə tutulan ermənilər özlərinin heç vaxt mümkün olmayacaq məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə etməyə, mərhələli şəkildə azərbaycanlıların tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına nail olmaq, sovet ittifaqı rəhbərliyinin dəstəyi ilə Türkiyə ilə Azərbaycanın quru sərhədləri ilə əlaqələrinin kəsilməsini təmin etməyə çalışırdılar. 

1918-ci ildə İrəvan Quberniyasında, Zəngəzur qəzasında və s. ərazilərdə ermənilərin törətdikləri kütləvi qətliyamlar nəticəsində on minlərlə azərbaycanlı həlak olmuş və yüz minlərlə insan qaçqın düşmüşdür. 

Qərbi Azərbaycan ərazilərinin azərbaycansızlaşdırılması istiqamətində aparılan siyasət nəticəsində bütün azərbaycanlılar öz tarixi torpaqlarında yaşamaq hüququndan məhrum edilmiş, 1918-ci il hadisələrindən sonra, 1948-1953-cü illərdə də öz dədə-baba torpaqlarından kütləvi surətdə deportasiya edilmiş, bir hissəsi isə 1988-ci ildə təzyiq və kütləvi qətliyam-təcavüz nəticəsində öz doğma yurd-yuvalarını tərk etmişdir.

Azərbaycan Xalqının Ümummilli Lideri, eksprezident Heydər Əliyev «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» 18 dekabr 1997-ci il tarixli Fərman imzalamış, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və  onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə Dövlət Komissiyası yaratmışdır.

Eyni zamanda Heydər Əliyev 1918-ci ildə baş vermiş hadisələrə hüquqi-siyasi qiymət verərək “31 mart Azərbaycanlıların Soyqırımı günü” kimi dövlət səviyyəsində anılması ilə bağlı 1998-ci il 26 mart tarixli Fərman imzalamışdır.

Qərbi Azərbaycandan qaçqın düşmüş əhalinin problemləri daim Heydər Əliyevin diqqət mərkəzində olmuş, onların məskunlaşması ilə bağlı bir sıra sosial layihələrin icrası həyata keçirilmişdir. Buna misal olaraq Heydər Əliyevin diqqət və qayğısı nəticəsində 2002-ci ilin 13 sentyabr tarixində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Qərbi Azərbaycandan olan qaçqınlara tikilən qəsəbənin açılışında özünün birbaşa iştirakı və zamanı gələndə azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdışının təmin olunması haqqında dedikləri, bu gün onun layiqli davamçısı prezident İlham Əliyevin apardığı siyasət nəticəsində reallığa çevrilməkdədir.

Məcburi köçkün tələbələrlə bərabər qaçqın tələbələrin də dövlət ali təhsil müəssisələrində təhsil haqqından azad olunması ilə bağlı Heydər Əliyevin Sərəncamı Qərbi Azərbaycandan olan gənc kadrların yetişməsində böyük rol oynamışdır. 

2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək davam edən 44 günlük Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun Ermənistanı darmadağın edərək kapituliyasiya aktını imzalamağa məcbur etməsi, İlham Əliyevin “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim” ifadələri də Ümummilli Liderin düzgün strategiyasının nəticəsidir. 

Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında dediyi: “Əsas səbəb o idi ki, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar” fikirləri də Ümummilli Lider Heydər Əliyevin Müzəffər Ali Baş Komandanımıza ata vəsiyyətinin bir hissəsidir.

 

“Qayıdış və Dirçəliş Naminə” Gənclər Təşkilatının Qərbi Azərbaycanlı gənclərlə iş

mərkəzinin rəhbəri Turanə Orucova



Избранный
0
herbiand.az

1Источники