RU

İran İsrailin Londondakı səfirliyinə hücumplanında iştirakı iddiasını qəbul etmir

"İran İsrailin Londondakı səfirliyinə hücumun planlaşdırılmasında iştirakını inkar edir".

 

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.

 

Bildirilir ki, bununla bağlı İranın xarici işlər naziri Abbas Əraqçı özünün "X" səhifəsində yuxarıda adıçəkilən səfirlikdə 4 İran vətəndaşının terror aktı planlaşdırması ilə bağlı Britaniya KİV-də yayılan xəbərləri şərh edərkən yazıb.

 

Onun sözlərinə görə, İran tərəfinə müvafiq diplomatik kanallar vasitəsilə hər hansı ittihamla bağlı məlumat verilməyib.

 

"Diplomatiyaya xələl gətirmək və eskalasiyaya təhrik etmək üçün can atan, son variantlara, o cümlədən saxta bayraq əməliyyatlarına əl atan üçüncü tərəflərin əməlləri var", - deyə nazir vurğulayıb.

 

O, səsləndirilən iddiaların araşdırılması üçün Böyük Britaniyanı əməkdaşlığa çağırıb.

 

Xatırladaq ki mayın 4-də Britaniyanın terrorla mübarizə polisi dördü İran vətəndaşı olmaqla, beş nəfəri terror aktı hazırlamaq şübhəsi ilə həbs edib.

Избранный
0
1
senzor.az

2Источники