Dünyanın ən bahalı çörəyi İspaniyada satılır. Onun adı Pan Pinadır.
Yenisabah.az xəbər verir ki, bu barədə "Xəbər ertəsi" verilişində bildirilib.
Qeyd edilib ki, Pan Pinanın bir ədədi əhaliyə 150 dollardan satılır. Onun bahalı olmasına səbəb isə içərisinə və üzünə qızıldan olan kəpək vurulmasıdır.
Bu çörək İspaniyanın Alqatosin kəndində Pan Pina çörəkxanasında hazırlanır. Yüksək qiymətə baxmayaraq, çörəyə maraq böyükdür./BAKU.WS
Telegram kanalımız