RU

Böyükşor-Pirşağı yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı, 8 may, AZƏRTAC

Böyükşor-Pirşağı yeni avtomobil yolunun 1,3-cü kilometrlik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, hərəkətin məhdudlaşdırılması 10 may tarixində səhər saat 09:00-dan başlayaraq bir-neçə saat ərzində qüvvədə olacaq.

Hərəkətin məhdudlaşdırlması ilə əlaqədar olaraq ərazidə sürücülərə alternativ yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunacaq.

 

Избранный
0
27
azertag.az

10Источники