“Ziraat Bank Azərbaycan” ASC, “Türk EximBank” ilə imzaladığı müqaviləyə əsasən, Azərbaycanda fəaliyyət göstərən və Türkiyədən türk mənşəli mal idxal edən şirkətlərə Exim Bank dəstəkli kredit təqdim edəcək.
Finss.az xəbər verir ki, bu kreditlər, türk mənşəli malların idxalını dəstəkləyərək ticarət həcmini artırmağa yönəlmişdir.
Üstünlüklər:
-
Türk mənşəli mal idxalçıları üçün aşağı faizli və uzun müddətli kredit fürsəti.
-
Türk mənşəli mal idxalçılarının ticarət həcminin artırılması.
-
Azərbaycan və Türkiyə arasında olan ticarət həcminin artırılması.
Bu əməkdaşlıq, həm Azərbaycan iqtisadiyyatının, həm də Türkiyə ilə ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcək. İdxalatçı şirkətlər, bu kreditlər sayəsində daha sərfəli maliyyə şərtləri ilə ticarət fəaliyyətlərini genişləndirə biləcəklər.
Ziraat Bankın yeni təklif etdiyi kredit imkanları, bizneslər üçün maliyyə dəstəyini artıraraq, iki ölkə arasındakı iqtisadi əlaqələri gücləndirmək məqsədini güdür.
Ətraflı məlumat üçün keçid: //ziraatbank.az/az/eximbank
Fuad Mədətov
Finss.az