Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 12-də Hindistanın paytaxtı Nyu-Delhiyə işgüzar səfər edəcək.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının aparatı məlumat verib.
Səfər çərçivəsində A.Qriqoryan Hindistanın Baş naziri Narendra Modinin milli təhlükəsizlik üzrə müşaviri Acit Dovalla görüşəcək.