RU

"Naxçıvandan Xankəndiyə uzanan Zəfər yolu” adlı konfrans keçirildi - FOTOLAR

Naxçıvan Dövlət Texniki Kollecində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan şəhər və Suraxanı rayon təşkilatlarının birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin konstitusion dövlət modeli: Qurtuluşdan suverenliyə, Naxçıvandan Xankəndiyə uzanan Zəfər yolu” adlı konfrans keçirilib.

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Naxçıvan Heydər Əliyev Muzeyini ziyarət edib, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər.

YAP Suraxanı rayon təşkilatının nümayəndə heyətini Naxçıvan şəhərinə səfəri münasibəti ilə salamlayan YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli iki yerli təşkilat arasında ilk dəfə birgə konfransın keçirilməsinə toxunaraq, bugünkü səfəri və konfransı gələcəkdə qarşılıqlı münasibətlərin daha fəal və səmərəli şəkildə qurulmasında mühüm təcrübə kimi qiymətləndirib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş böyük şəxsiyyət olub. Azərbaycana rəhbərliyinin bütün dövrlərində Ulu Öndər özünün qeyri-adi idarəçilik bacarığı və uzaqgörən qərarları ilə qısa müddətdə respublikamızın sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrinin inkişafında böyük irəliləyişə nail oldu.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qonaqpərvərliyə görə öz dərin minnətdarlığını bildirərək qeyd edib ki, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir. Naxçıvanın davamlı inkişafında böyük xidmətləri olan Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlayıb, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olub.

Konfransda çıxış edən partiya fəalları Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində atılan addımlardan danışıblar.

Tədbir Naxçıvan Dövlət Filarmoniyasının mədəniyyət xadimlərinin ifasında konsert proqramı ilə davam edib.

Избранный
0
50
unikal.az

10Источники