9 may saat 18:00-da "Red Bull Gaming Ground" və "LaLiga Game Center"in təşkilatçılığı, "Xiaomi" brendinin dəstəyi ilə ilk dəfə olaraq “FC 25” 2v2 formatlı rəqəmsal futbol turniri keçiriləcək.
Offsideplus.az xəbər verir ki, turnir "LaLiga Game Center"in Əhmədli filialında baş tutacaq və hər komandada iki iştirakçı yer alacaq. Bütün oyunlar PlayStation 5 üzərində oynanacaq.
Keçdiyimiz günlərdə seçim mərhələsində uğurla yarışan komandalar 9 may tarixində keçiriləcək final mərhələsində iştirak edərək dəyərli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.
Mükafatlar:
1-ci yer – Hər komanda üzvünə: "PlayStation 5 PRO", "DualSense controller", "Xiaomi Pad 7 Pro"
2-ci yer – Hər komanda üzvünə: "Xiaomi OpenWear Stereo" qulaqlıq
3-cü yer – Hər komanda üzvünə: "Xiaomi Bluetooth Speaker" təqdim ediləcək.
"FC 25" turnirinin final həyəcanını izləyici kimi yaşamaq istəyənlər üçün qeyd edək ki, turnirə giriş sərbəstdir.