Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Gədəbəydə qeyd edilib -Fotolar
2025-ci il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 102 ili tamam olur. Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlov, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb və dahi liderin əziz xatirəsi dərin ehtiramla yad edilib. Milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub. RİH başçısı Orxan Mürsəlov dahi liderin zəngin həyat yolu, Azərbaycan xalqı qarşısında xidmətləri, demokratik və hüquqi dövlət quruculuğu sahəsində fədakar fəaliyyətindən danışıb. RİH başçısı Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti olan zəngin və çoxşaxəli irsini xalqımızın milli sərvəti kimi qoruyub saxlamağın hər bir azərbaycanlının şərəfli vəzifəsi olduğunu vurğulayıb.