RU

Keniyada qeyri-adi cinayət hadisəsi! – 5000 qarışqa oğurlandı

Keniyada minlərlə nadir qarışqa növünü ölkədən çıxarmağa çalışan beynəlxalq qrup saxlanılıb.

“Busaat.az” xəbər verir ki, Keniya məhkəməsi dörd nəfəri 5000-dən çox qarışqanı qeyri-qanuni ixracda günahlandıraraq, bir il həbs və 7700 dollar cərimə ilə cəzalandırıb.

Qarışqalar Naivaşa şəhərində tapılıb. Onlar əsasən Avropa və Asiyanın ekzotik heyvan bazarlarına göndərilmək üçün toplanıb. Hər bir qarışqanın 220 dollara satılması planlaşdırılırmış.

Qeyd edək ki, Messor sefalotes qarışqaları 5000-ə qədər işçidən ibarət koloniyalar yaradır, toxumların yayılmasında və torpağın havalandırılmasında mühüm rol oynayırlar. Kraliçaları isə 25 mm-ə qədər böyüyə bilir.

Nərmin Səmidova

Busaat.az

Избранный
0
busaat.az

1Источники