Belarusun prezidenti Aleksandr Lukaşenko Minskdə Beynəlxalq Sərgi Mərkəzinin açılışında çıxış edərkən etiraf edib ki, "hakimiyyətdə bir az artıq qalıb", lakin xalqdan bir qədər də “səbirli olmağı” istəyib.
Bizim.Media xəbər verir ki, bu barədə Belarus mətbuatı yazıb.
"Bildiyiniz kimi, mən söz vermişdim, hakimiyyətə faktiki olaraq yeni nəsil gətirilib. Mən isə bir az gecikdim, amma dözün. Axı təcrübəli insanlar da lazımdır. Onlar da bizdə var”, deyə o, vurğulayıb.
Bununla belə, Lukaşenko qeyd edib ki, bu “gənclər” artıq o qədər də gənc sayılmırlar.
"Baxın, görün bizim “gənclər” nəyə qadirdirlər. Amma hansı gənclər? Yeni nəsil, növbəti nəsil – 50 və ondan yuxarı yaşda olanlar. Onlar artıq elə də gənc deyillər", – deyə o, öz “gənc kadrlarını” müdafiə edib.
Xatırladaq ki, 70 yaşlı Lukaşenko 1994-cü ildən bəri Belarusun faktiki rəhbəridir. Bu il, yanvarın 26-da keçirilən növbəti seçkilərdə o, 7-ci dəfə prezident kürsüsünə yiyələnib.
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas həmin seçkiləri “demokratiyaya qarşı təhqir” adlandırıb və nəticələri tanımayıb.
Litva Prezidenti Gitanas Nausėda da açıq şəkildə bəyan edib ki, Lukaşenko Belarusun legitim prezidenti deyil və bu seçkilərdən sonra da belə sayılmayacaq.
Lukaşenko isə bu bəyanatlara “Mənim üçün fərqi yoxdur” cavabını verərək, Qərbin tanıyıb-tanımamasına əhəmiyyət vermədiyini bildirib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта